“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi iki yoxlama görüşü komanda üçün yaddaqalan olub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsini oynadıb.
“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov şans qazanıblar.
