145 yerdən ibarət “Qurultay” adlanacaq həmin parlamentə deputatlar 5 illik müddətə seçiləcəklər.
Bundan əlavə, islahatlar dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutur. Əvəzindəvitse-prezident vəzifəsi təsis olunacaq.Vitse-prezidentin namizədliyini prezident irəli sürəcək, parlament isə təsdiqləyəcək.
İslahatların həyata keçirilməsi üçün Konstitusiyaya 40-a yaxın dəyişiklik etmək lazımdır. Bundan başqa, 60-yaxın qanun dəyişdirilməlidir. Tokayev bu prosesi yeni Konstitusiyanın qəbulu ilə müqayisə edib.
Təşəbbüs bir il ərzində ictimai müzakirə olunacaq. 2027-ci ildə referendumun keçiriləcəyi gözlənilir. Ondan sonra yenidən parlament seçkisi keçirilməlidir.
Qeyd edək ki, Qazaxıstanın hazırkı siyasi sistemində prezidentdən sonra ikinci şəxs Senatın sədridir.
Tariyel Həsənov
AzVision.az