EN

Tramp: “Sülh Şurası” BMT-nin yerini tuta bilər

Ajans.az Fox News-a istinadən xəbər verir ki, ekspertlər bu ideyanı “mövcud beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi” kimi qiymətləndirirlər. Çərşənbə axşamı jurnalistlər Trampdan yeni təşkilatın BMT-nin funksiyasını əvəz edə biləcəyinə inanıb-inanmadığını soruşublar. Prezident cavabında “Ola bilsin” deyib. Tramp həmçinin BMT-nin öz missiyasını yerinə yetirmədiyini qeyd edib:
“BMT-nin böyük fanatıyam, amma gözləntiləri doğrultmadı. BMT mənim həll etdiyim bütün müharibələri həll etməli idi”, – deyə o bildirib.
Bu açıqlama Trampın beynəlxalq təşkilatlar və mövcud diplomatik strukturlara baxışında ciddi dəyişikliklər düşündüyünü göstərir.

 

Chosen
130
Ajans.az

1Sources