EN

Dərnəgüldə baş verən yanğını söndürmək üçün 18 texnikası və 70 nəfərlik şəxsi heyət cəlb edilib - YENİLƏNİB 1

Dərnəgüldə
FHN-nin 112 qaynar xəttinə Nərimanov rayonu Dərnəgül prospektində tikinti materialları saxlanılan anbarda yanğın olması haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnikası və 70 nəfər şəxsi heyəti cəlb edilib.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini polkovnik leytenan Ruslan Pirəlizadə deyib. FHN rəsmisi bildirib ki, yanğın nəticəsində 240 kv.sahədə 2 ədəd tikinti məhsulları satılan mağaza və arxasında 100 kv. metr olan sahəsi yanıb. "Yanğından yaxınlıqda olan digər mağazalar mühafizə olunub və yanmayan mağazaların içərisindən nazirliyin əməkdaşları tərəfindən çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsi səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır",-deyə əlavə edib. 13:49 Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir. 1news.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır. Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir. **** 12:13 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. 1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək.
Chosen
41
9
1news.az

7Sources