Bakı, 21 yanvar, AZƏRTAC
“Karvan-Yevlax” komandası üç futbolçu ilə yollarını ayırıb.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib. Bildirilib ki, Nika Çaçaşvili, Qabil Əlizadə və portuqaliyalı futbolçu Vitor Huqo ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.