Bir müddət əvvəl küçədə söyüş söydüyü üçün həbs edilən reper Elşad Xose videoaçıqlama yayıb.
Â
Axşam.az xəbər verir ki, reper söyüş söymək tərəfdarı olmadığını deyərək, bunları əlavə edib:
Â
"Heç vaxt söyüş söyməyin tərəfdarı olmamışam. Adi həyatda müəyyən vaxtlarda söyüş söyən olmuşam. Onun da rejimləri var: intiligent, xuliqan, müəyyən rejismlər. Həmişə söyüşün əleyhinə olmuşam. Burada da söz birləşməsindən istifadə etməyim söyüşdən suyi istifadə deyil. Ünvansız və hayqırtı olaraq fikrimi bildirmişəm".
Â
Qeyd edək ki, reper 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.