Azərbaycanın rayon və şəhərlərində yanvarın 22-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-8° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 2-6° şaxta olacaq.
Yollar buz bağlayacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava gözlənilir. Arabir duman çökəcək. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° şaxta, bəzi yerlərdə 16° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Yollar buz bağlayacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava durumu əsasən yağmursuz proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yollar buz bağlayacaq.
Şərqi Zəngəzur - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın əsasən yağmursuz olması ehtilam edilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, bəzi yerlərdə 10-15° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz, amma dumanlı hava olacaq.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz və arabir dumanlı olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 2-6° şaxta olacaq.
Yollar buz bağlayacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin əsasən yağmursuz və arabir dumanlı olması gözlənilir.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 4-7° isti olacaq. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda havanın əsasən yağmursuz olması gözlənilir. Arabir duman çökəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.
Yollar buz bağlayacaq.
Telegram kanalımız