Ajans.az xəbər verir ki, bu barədə Need To Know (NTK) nəşri məlumat yayıb. 113 əlyazma səhifədən ibarət sənədin həqiqiliyi rəsmi olaraq təsdiqlənməyib. Nəşrin məlumatına görə, gündəlikdə nasist lideri Herman Görinq və alman aktrisası Marlen Ditrixdən bəhs olunur; bəzi səhifələrdə isə Ditrixə sevgi bəyanatı və şəxsi düşüncələr yer alır. Sənəddə həmçinin Reyx Kanslerliyinin köçürülmədən əvvəlki vəziyyəti tənqid edilir, Görinq ad günündən sonra təsvir olunur (“o, yenidən donuz kimi yeyirdi”), və Ditrixi Almaniyaya qaytarmaq arzusu ifadə edilir. Nəşr qeyd edir ki, “bu kitab fərziyyələr üçün çoxlu səbəb təqdim edir, lakin nasist lideri tərəfindən yazıldığı hələ təsdiqlənməyib. Ən azı bir ekspert sənədin həmin dövrə aid olduğunu təsdiqləyib.”