EN

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb.

Far.Az Musavat.com-a istinadla xəbər verir ki, hərracdan satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub. İttihamda Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunub. 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib. 2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalov azadlığa buraxılıb.

Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olub.

Həmin əmlakların tam siyahısını təqdim edirik:

1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 ünvanlarında qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min manat;

2. Nərimanov rayonu, akademik M.Qaşqay küçəsi, 110 ünvanında mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min manat;

3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min manat;

4. Nobel prospekti, məhəllə 1212, ev 15, mənzil 260 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min manat;

5. Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil 33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min manat;

6. Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil 34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min manat;

7. Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min manat;

8. Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min manat;

9. Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min manat;

10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 ünvanında ümumi sahəsi 40.5 kv.m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min manat;

11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C ünvanında qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min manat;

12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min manat;

13. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min manat;

14. Qaradağ rayonu, Şanqar qəsəbəsində 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat;

15. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min manat;

16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzillər 13, 14, 15 - dəyəri 300 min manat;

17. Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min manat;

18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 ünvanlarında mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min manat;

19. Səbail rayonu, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min manat;

20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40 (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min manat;

21. Nərimanov rayonu, akademik M.Qaşqay küçəsi, 110 ünvanında mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min manat;

22. Nərimanov rayonu, akademik M.Qaşqay küçəsi, ev 11 ünvanında sahələri 43.6 kv.m və 61 kvşm olan mənzillər (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri baxılmayıb;

23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min manat;

24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min manat;

25. Nərimanov rayonu, Xoyski prospekti, 132 ünvanında qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min manat;

26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb;

27. Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 5A (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min manat;

28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min manat;

29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min manat;

30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 ünvanında yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat;

31. Nəsimi rayonu, 28 May küçəsi, 54 ünvanında mənzillər (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 250 min manat;

32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min manat;

33. Cavadxan küçəsi, 80 ünvanında fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min manat;

34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən 0.02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min manat;

35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a və ev 48b (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 223 min manat;

36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min manat;

37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a ünvanında 6 sot torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min manat.

İstintaq dövründə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların da üzərinə həbs qoyulub.

38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, 32F ünvanında bağ sahəsində 0.2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min manat;

39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in "Poçt Daşınma Mərkəzi" bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat;

40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8 (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min manat;

41. Qəbələ rayonu, Bum kəndində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat;

42. Qəbələ rayonu, Bum kəndində 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 144 min manat;

43. Qəbələ rayonu, Bum kəndində 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 54 min manat;

44. Qəbələ rayonu, Bum kəndində 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 66 min manat;

45. Qəbələ rayonu, Bum kəndində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu - dəyəri 115 min manat;

46. Qəbələ rayonu, Qəmərvan kəndində 0.15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) - dəyəri 72 min manat;

47. Yevlax rayonu, Kövər kəndində 0.33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat;

48. Yevlax rayonu, Kövər kəndində (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3.6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 4 min 100 manat;

49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0.26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 34 min 900 manat;

50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3.0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 3 min 500 manat;

51. İsmayıllı rayonu, 1.5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat;

52. İsmayıllı rayonu, Tircan kəndində 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat;

53. İsmayıllı rayonu, Tircan kəndində 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 32 min 417 manat;

54. İsmayıllı rayonu, Tircan kəndində 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 57 min 673 manat;

55. İsmayıllı rayonu, Tircan kəndində 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat;

56. İsmayıllı rayonu, Tircan kəndində 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min 695 manat;

57. İsmayıllı rayonu, Tircan kəndində 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 19 min 965 manat;

58. İsmayıllı rayonu, Tircan kəndində 2.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 22 min 63 manat;

59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4.2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat;

60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3.9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat;

61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0.3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat;

62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 28 min 349 manat;

63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu - dəyəri 376 min 77 manat;

64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1.4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat;

65. Sabirabad rayonu, Cavad kəndində 13.5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat;

66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 1 milyon 927 min manat;

67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0.12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 24 min manat.

Üzərinə həbs qoyulmuş əmlaklar 43 milyon 489 min 537 manat qiymətləndirilib. Real bazar dəyəri isə bundan iki dəfə artıqdır.

Chosen
29
38
far.az

10Sources