EN

Milyonçu və milyarderlər super varlılara qarşı: Onlara elə vergi tətbiq olunsun ki...

24 ölkədən təxminən dörd yüz milyonçu və milyarder super varlılara qarşı vergilərin artırılmasını tələb edir. Rejissor Mark Ruffalo, musiqiçi Brayan İno və film prodüseri, xeyriyyəçi Ebiqeyl Disney kimi şəxslər Davos forumuna məktub göndərərək, zənginlərin siyasi nüfuzu satın aldıqlarını iddia ediblər.

Publika.az xəbər veir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan əvvəl dərc olunmuş açıq məktubda bu həftəki konfransda iştirak edən dünya liderləri super varlılarla digərləri arasında artan uçurumu aradan qaldırmağa çağırılır.

Yuxarıda adıçəkilən məşhurlar tərəfindən imzalanan məktubda həddindən artıq sərvətin siyasəti çirkləndirdiyi, sosial təcrid olunmaya səbəb olduğu və iqlimlə bağlı fövqəladə vəziyyəti daha da pisləşdirdiyi bildirilir.

Məktubda deyilir: “Bir ovuc qlobal oliqarx, böyük sərvətə sahib olaraq, demokratiyanı satın alıb, hökumətlərimizi ələ keçirib, media azadlıqlarımızı, texnologiya və innovasiyanı boğub, yoxsulluğu və sosial təcridi daha da artırıb və planetimizin məhvini sürətləndirib. Hətta bizim kimi milyonçular belə həddindən artıq sərvətin təhlükə yaratdığını bilir, cəmiyyətin uçurumun kənarında titrədiyini bəyan edirik”.

Chosen
38
publika.az

1Sources