Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsəd vəfat edib.
Suriya TV-nin məlumatına görə, keçmiş prezident Bəşər Əsədin əmisi, Suriyanın keçmiş vitse-prezidenti Rifat əl-Əsəd 88 yaşında vəfat edib.
Onun ölümünün təfərrüatları açıqlanmayıb.
Keçmiş prezident Hafiz Əsədin kiçik qardaşı Rifat əl-Əsəd, rəsmi hökumət vəzifəsini saxlayarkən, uğursuz çevriliş cəhdindən sonra 1984-cü ildən bəri sürgündə idi. 2021-ci ildə ona siyasi fəaliyyətdən imtina etmək şərti ilə Suriyaya qayıtmağa icazə verildi.
QAZİLER.AZ