EN

“Fənər”in hücumçusu “Yuventus”la danışıq aparır

“Fənərbağça”nın satış siyahısına çıxardığı Yusif En-Nesiri ilə Avropa klubları maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanından təklif gözlənilsə də, ilk ciddi maraq İngiltərədən gəlib. “Nottingem Forest” və “Everton” forvard üçün hərəkətə keçib.

Ancaq mərakeşli hücumçu İngiltərədə yaşamaq istəmədiyi üçün danışıqlar irəliləməyib.

Daha sonra “Yuventus” və “Napoli” En-Nesiri üçün təşəbbüs göstərib. Futbolçunun İtaliyaya müsbət yanaşdığı bildirilir.

“Yuventus”un Mateta transferini reallaşdıra bilməməsindən sonra En-Nesirini əsas hədəfə çevirdiyi qeyd olunur. Turin klubu 28 yaşlı hücumçu üçün satınalma opsiyalı icarə təklifi irəli sürüb.

Tərəflər arasında danışıqlar davam edir.

 

Chosen
32
idmanxeber.az

1Sources