EN

Sərhəddən geri çəkilən SDQ sursat anbarını partlatdı, suriyalı hərbçilər həlak oldu

BAKI, 21 yanvar. TELEQRAF

Suriya-İraq sərhədindəki Yarubiya keçid məntəqəsinin yaxınlığında PKK terror təşkilatının qanadı SDQ-yə məxsus sursat anbarında güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, partlayış nəticəsində həmin vaxt əraziyə daxil olan Suriya ordusunun hərbçiləri həlak olub və yaralanıb.

Məlumata görə, SDQ İraq sərhədinə yaxın ərazidən geri çəkilməzdən əvvəl sursat anbarını minalayıb və partlayıcı qurğunu qəsdən partladıblar. Hələlik itkilərin dəqiq sayı barədə məlumat verilməyib, amma Suriya mənbələri hadisə şahidlərinə istinadla çoxlu sayda ölü və yaralı olduğunu bildirirlər.

Chosen
126
teleqraf.com

1Sources