EN

Lerikdə qar yolu bağlasa da, texnika iş başında – VİDEO

Lerik rayonunda yağan güclü qar bölgədə qış mənzərəsi yaradıb.

Doğru.az xəbər verir ki, rayonun dağ kəndlərində qarın hündürlüyü bəzi ərazilərdə 1 metri ötüb.

Hazırda dağ kəndlərinə aparan avtomobil yollarında intensiv təmizləmə işləri aparılır. Xüsusi texnikalar çətin hava şəraitinə baxmayaraq fasiləsiz şəkildə işləyir, yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsinin kəsilməməsi üçün bütün imkanlar səfərbər edilib.

Qarlı və şaxtalı havaya baxmayaraq, yolların açıq saxlanılması istiqamətində işlər davam etdirilir. Sakinlərin təhlükəsiz hərəkətinin təmin olunması əsas prioritet kimi qarşıya qoyulub.

DOĞRU.AZ

Chosen
86
dogru.az

1Sources