EN

Xaçmazda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafınınyekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağıkeçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilib ki, hesabat iclasında Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev, Prezident AdministrasiyasınınƏrazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiriHabil Əzənmədov, Milli Məclisin deputatları Sevil Mikayılova vəMahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayontəşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizəorqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsiönünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə hörmətvə ehtiramlarını nümayiş etdiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantıda AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər HeydərƏliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilib.

Yığıncaqda il ərzində rayonda görülən işlər və həyata keçirilənsosial layihələrə dair videoçarx nümayiş etdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətininbaşçısı Elnur Rzayev təməli Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevtərəfindən uğurla davam etdirilən inkişaf strategiyası çərçivəsindəqazanılan nailiyyətlərdən danışıb. O, ötən ildə ölkəmizin, eləcə dərayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş vermişmühüm hadisələr, kənd təsərrüfatı, turizm və digər sahələrdəgörülən işlər, həyata keçirilən respublika əhəmiyyətli tədbirlərbarədə geniş məlumat verib. Bildirilib ki, Xaçmaz rayonunda əldəolunan uğurlar “Şəhərsalma və memarlıq İli” çərçivəsində 2026-cıildə də davam etdiriləcəkdir.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəis müavini YusifƏliyev, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru AzərHaqverdiyev, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz RegionalMəşğulluq filialının müdiri Cəfər Cəfərov şəhid anası BibixanımMirzəmmədova çıxış edərək Xaçmaz rayonunda sosial infrastrukturunyenilənməsi və yeni iş yerlərinin açılması istiqamətində mühümlayihələrin reallaşdırıldığını vurğulayıblar. Onlar görülən işlərəgörə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıifadə ediblər.

Milli Məclisin deputatları Sevil Mikayılova və Mahir Süleymanlıçıxışlarında ölkəmizdə əhalinin sosial rifah halınınyüksəldilməsinə yönəlmiş tədbirlərdən danışıblar və hesabatdövründə Xaçmaz rayonunda görülən işləri yüksəkqiymətləndiriblər.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələlərişöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxışındaPrezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, stratejiislahatlar və qarşıda duran yeni hədəflər barədə geniş məlumatverib.

Hesabat yığıncağında Qərar layihəsi qəbul olunub, xaçmazlılaradından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevəünvanlanan müraciətin mətni oxunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Chosen
140
az.trend.az

1Sources