EN

Levandovskinin "Barselona"dakı gələcəyi özündən asılıdır

Polşa millisinin futbolçusu Robert Levandovskinin "Barselona"dakı gələcəyi əsasən oyunçunun qərarından asılı olacaq.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı hücumçu ilə yollarını ayırmaq istəmir.

Lakin onun komandada qalması üçün bəzi şərtlər irəli sürülüb.

Təcrübəli forvard dəyişikliklərə razı olsa, hazırkı ölkə çempionu onu saxlamağa hazırdır. Klub hesab edir ki, oyunçunun yaşı və heyətin yenilənməsi səbəbindən ilk "11-lik"dəki yerini itirməlidir.

Maliyyə də əsas məsələ olaraq qalır. Levandovskinin hazırkı maaşı "Barselona" üçün ciddi yük hesab olunur. Klub məvacibin əhəmiyyətli dərəcədə azaldılmasını təklif edir. Polşalı futbolçunun nümayəndəsi isə məhz bununla razılaşmaq istəmir.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən Kataloniya klubunda çıxış edir. Onun müqaviləsinin müddəti yayadək qüvvədədir.

Chosen
31
far.az

1Sources