EN

Prezident İlham Əliyevin sülh modeli təcrübəsi dünya üçün faydalıdır - Musa Qasımlı

Bakı, 21 yanvar, AZƏRTAC

ABŞ tərəfindən ölkəmizin Sülh Şurasına Təsisçi Üzv Dövlət qismində dəvət olunması, ilk növbədə, Azərbaycan-ABŞ münasibətlərinin göstəricisidir. Bu dəvət onu göstərir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmətə və faydaya əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib. Onun sözlərinə görə, bu dəvət Azərbaycanın Cənubi Qafqazda və dünyada sülh üçün çalışmasına görə edilib: “ABŞ aydın şəkildə görür ki, Azərbaycanın məqsədi və fəaliyyəti sülh, əmin-amanlıq və əməkdaşlıqdır. Sülh Şurasına Azərbaycanın Təsisçi Üzv Dövlət kimi qəbul edilməsi Prezident İlham Əliyevin beynəlxalq nüfuzu ilə bağlıdır. Bu gün dövlət başçımız bütün dünyada sülh, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, bərabərlik və ədalət rəmzi kimi qəbul edilir. Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlərdə sülh yaratmış dövlət adamıdır. Onun sülh modeli təcrübəsi dünya üçün faydalıdır. Deməli, dövlətimizin başçısının təcrübəsindən Sülh Şurasına üzv olan dövlətlər yararlanacaqlar. Bu isə bütövlükdə təkcə Yaxın Şərqdə deyil, dünyada Azərbaycanın nüfuzunun artmasının göstəricilərindən biridir”.

Chosen
87
azertag.az

1Sources