Cənubi Koreyanın sabiq baş naziri Han Dok Su konstitusiyaya qarşı üsyan işi üzrə 23 il müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə YTN telekanalı canlı yayım vasitəsilə məlumat verib.
Məhkəmə sabiq baş naziri üsyanın əsas iştirakçılarından biri kimi günahkar hesab edib. Həmçinin ona saxta sənədlər hazırlamaq, prezident arxivləri haqqında qanunu pozmaq və yalancı ifadə vermək ittihamları da irəli sürülüb. Prokurorluq onun üçün 15 il həbs tələb etmişdi. Sabiq baş nazir məhkəmə zalında həbs olunub ki, bu da Cənubi Koreya tarixində ilk dəfədir.
Hakim bildirib ki, 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi, konstitusiyaya zidd fərmanın verilməsi, parlament və Mərkəzi Seçki Komissiyasının üzvlərinin həbs olunması cəhdi üsyan kateqoriyasına aid edilir və bunun “məliklik çevrilişi” olduğunu vurğulayıb.
Məhkəmənin qətnaməsinə görə, Han Dok Su baş nazir olaraq qanunu və konstitusiyanı qorumaq öhdəliyini yerinə yetirməyib, üsyanda iştirak edib və bunun uğurlu nəticələnə biləcəyini nəzərə alıb. Həmçinin o, hərbi vəziyyətin qeyri-qanuni xarakter daşımasına baxmayaraq prezidentin qərarına etiraz etməyib.
Hakim əlavə edib ki, sabiq baş nazir şəxsi təhlükəsizliyini təmin etmək üçün hərbi vəziyyətlə bağlı sənədləri gizlətməyə çalışıb, saxta sənədlər hazırlayıb və konstitusiya məhkəməsində yalan ifadə verib.
Nuriyyə NATİQQIZI