Stiven Uitkoff həmçinin Rusiya-Ukrayna müharibəsinin həllində“böyük irəliləyişin”olduğunu da iddia edib.
“Ukraynalılar deyirlər ki, biz son bir neçə ildə gördüklərindən daha çox irəliləyiş əldə etmişik. Biz Cenevrə görüşündən sonra bu irəliləyişə nail olmuşuq. Beləliklə, son altı həftədə əhəmiyyətli irəliləyiş var”,- amerikalı məmur deyib.
Bununla belə Uitkoff ərazi məsələsinin əsas maneə olaraq qaldığını, lakin sülh planının 90%-dən çox hissəsinin razılaşdırıldığını söyləyib.
![]() |
| “Sülh Şurası” Putinə görə iflasa uğraya bilər |
- Hər şey əla gedir. Biz dünya liderlərindən böyük reaksiya aldıq. Düşünürəm ki, 20, bəlkə də 25 dünya lideri artıq dəvəti qəbul edib. Əminəm ki, son nıəticədə Rusiya da bu layihəyə qoşulacaq”,- Uitkoff vurğulayıb.
“Bloomberg” agentliyinə müsahibəsində xüsusi nümayəndə Moskvaya Amerika prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə gələcəyini, sonra isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaqlarını açıqlayıb.
Bu arada Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə Rusiya prezidentinin yanvarın 21-dəStiven Uitkoffla görüşməyi planlaşdırdığını təsdiqləyib. Bundan əvvəl Peskovbelə görüş barədə məlumat olan kimi , mətbuata xəbər veriləcəyini bildirmişdi.
Yeri gəlmişkən, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın “Qəzzada Sülh Şurası”na qoşulmaq üçün dəvət göndərdiyi ölkələrin əksəriyyətinin bu layihədə iştirakdan imtina etdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az
