EN

Qəzzada 18 500-dən çox xəstə təxliyə olunmalıdır - ÜST

Qəzzada 4 min uşaq da daxil olmaqla 18 500-dən çox xəstə mövcud olmayan tibbi müalicə üçün təxliyəyə ehtiyac duyur.

Missiya.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, sosial şəbəkə hesabında paylaşım edərək ÜST-nün 21 xəstənin tibbi müalicə məqsədilə İordaniyaya təxliyəsini dəstəklədiyini və bu məsələdə göstərdiyi dəstəyə görə İordaniyaya təşəkkür etdiyini qeyd edib.

Qebreyesus həmçinin digər ölkələri Qəzzadan olan xəstələri qəbul etməyə çağırıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
88
missiya.az

1Sources