İsveç ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirak etməyəcək.
Senzor.az bildirir ki, bunu Davosda jurnalistlərə açıqlamasında ölkənin Baş naziri Ulf Kristersson deyib.
"Bunu digər Aİ ölkələri ilə müzakirə edəcəyik, lakin hazırkı vəziyyətdə İsveç Sülh Şurasında iştiraka imza atmayacaq", - o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Norveç və Fransa da Şuranın indiki formatına təsisçi ölkə kimi daxil olmayacaqlarını bəyan ediblər.