EN

Fransa millisinin üzvü böyük qalmaqalda

PSJ-nin futbolçusu Lukas Ernandes böyük qalmaqalla üzləşib.

Msport.az xəbər verir ki, Fransa millisinin 29 yaşlı üzvü insan alverində və qeyri-qanuni əmək fəaliyyətində ittiham olunur.

Mari adlı qadın bununla bağlı ParisMatch dərgisinə açıqlama verib:

“Biz Lukasın həyat yoldaşı Viktoriya ilə Kolumbiyada tanış olmuşduq. Sonra o, bizə Avropada işləməyi təklif etdi.

Mən işləmək üçün heç bir icazə sənədi olmadan, yalnız pasportla gəldim. Söz verdilər ki, hər şeyi yoluna qoyacaqlar, lakin sonra heç nə eləmədilər. Bunun əvəzində daha çox personal gətirməyimi istədilər.

Öz ailə üzvlərimi işləmək üçün onların evinə çağırdım, anam, həyat yoldaşım və iki oğlum. Qadınlar ev işləri görürdülər və uşaqlara baxırdılar. Kişilər isə evdə mühafizəçi və qarovulçu kimi çalışırdılar. Düşünürüdüm ki, yaxşı qazanarıq.

Nəticədə 7/24, məzuniyyətsiz, heç bir sənədimiz və hüququmuz olmadan işləyirdik. Ayda 500 avrodan 3000 avroyadək pul verirdilər.

Bizi istismar edir və alçaldırdılar, qul kimi davranırdılar. Anamla məni işdən çıxaranda yenə də qorxurduq. Demişdilər ki, yenidən geri Kolumbiyaya göndərəcəklər”.

Artıq kolumbiyalı ailə məhkəməyə müraciət edib.

 

 

Chosen
120
msport.az

1Sources