EN

Naxçıvan iqtisadiyyatı 4 faizədək böyüyüb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 1709,4 milyon manat olub.

Muxtar Respublikanın Nazirlər Kabinetinin məlumatına görə, ÜDM həcmi 2024-cü illə müqayisədə real ifadədə 3,8 faiz artıb. Daxili bazarda pərakəndə ticarət dövriyyəsi 4 faiz artaraq 1 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3 faiz artaraq 198,5 milyon manat təşkil edib.

2025-ci ildə sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 474,2 milyon manat olub. Həmçinin xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi, ümumilikdə, 3,7 faiz, o cümlədən idxal 1,4 faiz, ixrac isə 28,4 faiz artıb.

Eyni zamanda 2025-ci ildə əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib ki, bu da 2024-cü illə müqayisədə 45,2 faiz artım deməkdir. Vəsaitin 40,5 faizi məhsul istehsalı sahələrinə, 30,9 faizi xidmət sahələrinə, 28,6 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.

Büdcə gəlirləri 290,65 milyon manat olmaqla, 2024-cü illə müqayisədə 11,3 faiz artıb.

Chosen
16
vergiler.az

1Sources