EN

Supervarlılardan çağırış: vergini artırın, böhran dərinləşir

Dünyanın 24 ölkəsindən təxminən 400 milyonçu və milyarder super varlılara daha yüksək vergi tətbiq olunmasını tələb edib.

Ölkə.Az xəbər verir ki, onlar bu tələblə Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına açıq məktub ünvanlayıblar.

MÉ™ktubu imzalayanlar arasında tanınmış aktyor vÉ™ rejissor Mark Ruffalo, musiqiçi Brayan Eno vÉ™ film prodüseri Abigeyl Disney dÉ™ var. Onların fikrincÉ™, hÉ™ddindÉ™n artıq böyük sÉ™rvÉ™t cÉ™miyyÉ™tdÉ™ bÉ™rabÉ™rsizliyi artırır, siyasÉ™tÉ™ mÉ™nfi tÉ™sir göstÉ™rir vÉ™ iqlim böhranını daha da dÉ™rinləşdirir.

Müraciətdə bildirilir ki, çox az sayda ultra-zəngin şəxs böyük maliyyə gücü hesabına dövlət qərarlarına təsir edir, media azadlığını zəiflədir, texnologiya və innovasiyalar üzərində nəzarəti ələ alır və yoxsulluğun artmasına səbəb olur.

Davos üçün hazırlanan hesabatda isə "Oxfam" təşkilatı qeyd edib ki, 2025-ci ildə milyarderlərin ümumi sərvəti 16 faiz artaraq 18,3 trilyon dollara çatacaq. Hesabata görə, dünyanın ən varlı insanlarının sərvəti əvvəlki illə müqayisədə üç dəfə daha sürətlə artır.

Chosen
45
1
olke.az

2Sources