EN

“İnter”in müdafiəçisi Premyer Liqa nəhənginin radarında

“İnter”in müdafiəçisi Federiko Dimarko İngiltərə Premyer Liqasının aparıcı klublarından birinin diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, 28 yaşlı oyunçunun transferində “Arsenal” maraqlıdır.

İtaliyalı futbolçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Onun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir və 2018-ci ildən Milan təmsilçisinin şərəfini qoruyur.

Dimarko cari mövsümdə İtaliya A Seriyasında “İnter”in heyətində 19 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Chosen
18
msport.az

1Sources