EN

“Qanının son damlasına qədər savaşacaq” Xameneinin bacısı oğlundan şok açıqlamalar

Bakupost saytına istinadən ain.az xəbər verir.

1986-cı ildən Fransada mühacir həyatı yaşayan və İran rejiminə müxalif mövqeyi ilə tanınan Mahmud Moradxani bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei hakimiyyətdən könüllü şəkildə getməyəcək və qanının son damlasına qədər müqavimət göstərəcək.Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Fransanın şimalında, Lill yaxınlığındakı Kroix şəhərində qulaq-burun-boğaz həkimi işləyən Moradxani bu fikirləri müsahibəsində səsləndirib. Onun sözlərinə görə, İranda artan repressiyalar kütləvi etirazları dayandıra bilməyəcək.62 yaşlı həkim bildirib ki, Xameneinin bir gün həbs edilərək mühakimə olunacağına ümid edir:“Onun geri çəkiləcəyini düşünmürəm. Əli Xamenei Çauşesku kimi diktatorlardandır. Son ana qədər qalacaqlar. Öz sözlərinə inanırlar və başqa heç nəyi qəbul etmirlər. Qanlarının son damlasına qədər dirənəcəklər”.İranda etirazların zorakılıqla yatırıldığı bir vaxtda, rejim ilk dəfə təhlükəsizlik qüvvələrinin məsuliyyətini birbaşa qəbul etmədən minlərlə ölüm halının baş verdiyini etiraf edib. İranda “İnsan haqları fəalları” adlı QHT-nin məlumatına görə, indiyədək 4 mindən çox etirazçı öldürülüb.Moradxani isə real rəqəmin daha yüksək olduğunu düşünür. Onun sözlərinə görə, rejim bu dəfə öz mövcudluğuna real təhlükə hiss edib və buna görə də daha sərt davranır.“İran İnsan Haqları” təşkilatı isə təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı DŞK tipli ağır pulemyotlardan istifadə etdiyini bildirib.Moradxani hesab edir ki, repressiyalar etirazları yalnız müvəqqəti olaraq zəiflədə bilər:“Bu, kül altında yanan oddur. Günlərin birində yenidən alovlanacaq. Rejim hələ də təhlükə altındadır və xalq tərəfindən sorğulanacaq”.O, İran müxalifətinin kifayət qədər təşkilatlanmamasından da narahatlığını ifadə edib və hesab edir ki, küçə etirazları inqilabın son mərhələsi olmalıdır.Moradxani Xameneinin ölümündən sonra mollalar rejiminin daxili çəkişmələr səbəbindən öz-özünə çökəcəyinə inanır və bu ssenarini xarici müdaxilədən daha üstün sayır.Qeyd edək ki, 22 yaşında İranı tərk edən Moradxani inqilabdan yeddi il sonra – 1986-cı ildə Fransaya köçüb. O, uzun illərdir mollalar rejiminin açıq tənqidçilərindən biridir. Mahmud Moradxani İranın ali dini liderinin bacısı Bədri Xameneinin oğludur.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
1
www.bakupost.az

2Sources