EN

Ərdoğanın açıqlaması strateji və məsuliyyətli bir çağırışdır Yücel Karauz

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Bu yanaşma həm Türkiyə daxilindəki kürd vətəndaşlara yönəlmiş açıq bir həmrəylik mesajıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürdlərə çağırış edib. O, çağırışında deyib ki, Suriyada terror təşkilatına qarşı əməliyyatlar bəhanə edilərək, tamamilə yalan və təhrif üzərində qurulmuş təbliğatla bütün kürdlərin təhrik edilməyə çalışıldığı görünür: "Xüsusilə Türkiyədəki kürd qardaşlarımın bu oyunlara uymamalı olduğununun vacibliyini bir daha xatırladıram. Terror təşkilatı ayrıdır, mənim kürd qardaşlarım ayrıdır. Ən kiçik səhvin ciddi nəticələr doğura biləcəyi həssas mərhələdən keçirik. Uca Allah bizi bir-birimizə düşürmək istəyənlərə fürsət verməsin"

Ərdoğan qeyd edib ki, geridə qoyduğumuz 15 ay ərzində çox mühüm addımlar atdıq. “Prosesi bu nöqtəyə qədər gətirdik. Müvafiq komissiya yekun hesabatı hazırlayır. Siyasət institutuna yol göstərəcək bir hesabatın ortaya çıxacağına inanıram”, - o bildirib.:

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması zamanlama və məzmun baxımından son dərəcə strateji və məsuliyyətli bir çağırışdır: 

“Ərdoğanın “terror təşkilatı ayrıdır, kürd qardaşlarım ayrıdır” vurğusu, əslində Türkiyənin uzun illərdir üzərində durduğu, lakin son dövrdə regiondakı gərginliklər fonunda daha da həssaslaşan məsələdir. Burada verilən əsas mesaj budur:  Terror təşkilatlarının fəaliyyətləri heç bir etnik kimliyi, xalqı və ya toplumu təmsil etmir.

Bu yanaşma həm Türkiyə daxilindəki kürd vətəndaşlara yönəlmiş açıq bir həmrəylik mesajıdır, həm də xarici aktorların “kürdlər üzərindən siyasət qurmaq” cəhdlərinə qarşı ciddi bir siyasi mövqedir. Həmçinin açıqlamada “tamamilə yalan və təhrif üzərində qurulmuş təbliğat” ifadəsi təsadüfi deyil. Hazırda Suriya, İraq və ümumilikdə regionda silahlı qruplar təkcə fiziki yox, həm də informasiya savaşı aparır.

Bu təbliğatın əsas məqsədi kürdlərlə Türkiyə dövləti arasında güvənsizlik yaratmaq, etnik münaqişəni dərinləşdirərək daxili sabitliyi sarsıtmaq, Türkiyənin terrorla mübarizəsini “kürdlərə qarşı əməliyyat” kimi göstərməkdir. Ərdoğan bu çağırışla açıq şəkildə bildirir ki, bu mərhələdə ediləcək ən kiçik emosional və ya siyasi səhv, böyük regional nəticələr doğura bilər. Hazırda Yaxın Şərq çox həssas mərhələdən keçir. Ərdoğanın çağırışı birləşdirici, soyuqqanlı, dövlət ağlına söykənən çağırışdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
sherg.az

1Sources