EN

Paşinyan: "Ermənistan və Azərbaycan enerji sistemlərini inteqrasiya edəcəklər"

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifətdəki "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryanın TRIPP-in işə salınması ilə bağlı sualına cavab olaraq bildirib. Hökumət başçısı qeyd edib ki, Bakı və İrəvan sülhü daha da möhkəmləndirmək və onu institusionallaşdırmaq üçün diplomatik səyləri davam etdirir.

"Bu gün öyrəndim ki, Ermənistanda dizel yanacağının qiymətləri 20 faiz düşüb. Təklif edirəm ki, bu, digər məsələlərlə yanaşı, kənd təsərrüfatı işləri fonunda qiymətləndirilsin", - Paşinyan bildirib.

Chosen
136
1
Ajans.az

2Sources