EN

Azərbaycanda 2025-ci ildə dəniz nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının ümumi həcmi məlum oldu

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 2,565 milyard ABŞdolları dəyərində 2,681 milyon ton yük daşınıb.

Bu haqda Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 83 milyon ABŞ dolları və ya 3,1%, həcmifadəsində isə 128 min ton və ya 4,6% azdır,

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 171,5 milyonABŞ dolları dəyərində 261,5 min ton yük ixrac olunub, ki bu, öncəkiillə müqayisədə dəyər ifadəsində 74,3 milyon ABŞ dolları və ya76,4%, həcm ifadəsində isə 166 min ton və ya 2,7 dəfə çoxdur.

2025-ci ildə Azərbaycana dəniz nəqliyyatı ilə 2,393 milyard ABŞdolları dəyərində 2,419 milyon ton yük idxal olunub ki, bugöstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 157 milyon ABŞ dolları və ya 6,2%, həcm ifadəsində isə293 min ton və ya 10,8% azdır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələriilə 49,423 milyard ABŞ dolları dəyərində ümumilikdə 58,338 milyonton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrüilə müqayisədə 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcmbaxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri iləümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon tonyük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyonton və ya 5,7% azdır.

Məqalədə:
Chosen
26
1
az.trend.az

3Sources