EN

Dərnəgüldə yanğın nədən baş verib?VİDEO

Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə bu gün gunorta saatlarında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinın 18 texnikası və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Qatı tüstü səbəbindən "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadənin sözlərinə görə, hadisə zamanı 2 mağaza yanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaydığı məlumata əsasən, çağırış ünvanına cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
105
xezerxeber.az

1Sources