EN

Qəzaya düşən Kadırovun oğlu ilə bağlı müəmma

Çeçenistanın rÉ™hbÉ™ri Ramzan Kadırovun oÄŸlu Adam Kadırovun Qroznıda baÅŸ verÉ™n avtomobil qÉ™zasından sonra vÉ™ziyyÉ™tinin yaxşılaÅŸdığı bildirilir.

Moderator.az xəbər verir ki, Rusiya rəhbərliyinə yaxın bir mənbə mətbuata bildirib ki, Çeçenistan liderinin oğlu sağalır. Respublika hakimiyyətinə yaxın başqa bir mənbə isə Adam Kadırovun qəza zamanı kortejdə olduğunu və yüngül xəsarətlər aldığını iddia edib.

Yanvarın 20-də Qudermes rayon polisinin rəisi İshaq Çalayev və agentliyin rəsmi hesabı Adam Kadırovun iştirak etdiyi videonu yayıb. Görüntülərdə onun və Çalayevin Nojai-Yurt rayonunun Benoy kəndi yaxınlığında yerləşən Şira-Bena mədəni-etnoqrafik kompleksində gəzdiyi görünür.

Videoda Çalayev Kadırovdan soruşur: "Adam, Şira-Benaya gedirik?" O, "Bəli" cavabını verir.

Video yerli ictimai qruplar tərəfindən hava şəraiti vurğulanaraq paylaşılır. Çəkilişlərin dəqiq tarixi göstərilməyib.

16 yanvarda müxalif çeçen kanalı NIYSO vÉ™ “Kavkaz.Realii” mÉ™nbÉ™lÉ™rÉ™ istinadla Qroznıda Çeçenistan liderinin oÄŸlunun iÅŸtirakı ilÉ™ baÅŸ verÉ™n yol qÉ™zası barÉ™dÉ™ mÉ™lumat veriblÉ™r.

Ertəsi gün Ramzan Kadırovun Teleqram kanalında Adam Kadırovla görüşün səs yazısı yayılıb. Görüşün vaxtı göstərilməyib. Videonun metaməlumatları göstərir ki, montaj işləri 15 yanvarda - qəzadan bir gün əvvəl başa çatıb.

17 yanvarda təcili yardım təyyarəsi Vnukovoya eniş edib, ardınca Ramzan Kadırovun təyyarəsi gəlib. NIYSO Adam Kadırovun tibbi təyyarədə ola biləcəyini ehtimal edir.

Chosen
26
4
moderator.az

5Sources