Məşhurlara qarşı aparılan istintaq çərçivəsində saxlanılan və narkotik testinin nəticəsi müsbət çıxan aktrisa Ezgi Eyüboğlu bu mövzu ilə bağlı ilk dəfə açıqlama verib.
Moderator.az xəbər verir ki, son dövrlərdə haqqında çıxan iddialara cavab verən Eyüboğlu sosial mediada yazılan bir şərhə münasibət bildirib.
EvindÉ™n çıxdığı iddia olunan maddÉ™ ÅŸÉ™killÉ™ri ilÉ™ baÄŸlı EyüboÄŸlu “Daha çox diqqÉ™t çəkmÉ™k üçün mÉ™nim evimdÉ™n çıxmış kimi göstÉ™rdilÉ™r” deyÉ™rÉ™k ittihamları rÉ™dd edib. Bir sosial media istifadəçisinin "O qÉ™dÉ™r ÅŸey bu qızın evindÉ™n necÉ™ çıxdı?" ÅŸÉ™rhinÉ™ cavab verÉ™n aktrisa, “MÉ™nim evimdÉ™n heç nÉ™ çıxmadı. MÉ™nimlÉ™ heç bir É™laqÉ™si olmayan insanların evlÉ™rindÉ™n çıxanları daha çox diqqÉ™t çəkmÉ™k mÉ™qsÉ™dilÉ™ mÉ™nim evimdÉ™n çıxmış kimi göstÉ™rdilÉ™r, ÅŸÉ™killÉ™rimi istifadÉ™ edÉ™rÉ™k” bildirib.
Eyüboğlu açıqlamasının sonunda, "Bu dövrdə bir xəbərə inanmaq üçün 100 dəfə düşünmək lazımdır, bəlkə də" ifadəsini əlavə edib.
Qeyd edək ki, 2025-ci ilin 8 oktyabr tarixindən etibarən məşhurlara qarşı həyata keçirilən əməliyyatlarda çoxsaylı məşhur saxlanılıb və aparılan testlərdə narkotik maddələrə rast gəlinib. Ezgi Eyüboğlu, Cihan Şensözlü, Melisa Döngel, İrem Sak, Senna Yıldız kimi məşhurlar da saxlanılan şəxslər arasında olub. Bir neçə gün sonra açıqlanan test nəticələrində, Eyüboğlunun da aralarında olduğu bir çox şəxsdə narkotik maddə aşkar edilib.