EN

“Ayntraxt” Bakıdan paylaşım etdi Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Almaniyanın “Ayntraxt” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda “Qarabağ”la keçiriləcək oyun öncəsi sosial şəbəkə hesabında növbəti paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Frankfurt təmsilçisi Bakıdan olan görüntüləri “Sending some postcards from Baku” (“Bakıdan açıqçalar göndəririk”) başlığı ilə izləyicilərinə təqdim edib.

Paylaşımda Azərbaycanın üçrəngli bayrağı, eləcə də paytaxtın müasir memarlıq nümunələri ilə yanaşı, tarixi məkanlarının da görüntüləri yer alıb.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək qarşılaşmanı isveçrəli hakim Sandro Şerer idarə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
qafqazinfo.az

2Sources