
“Azərişıq” ASC Azərbaycanın cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir.Ulusum.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisində yağan aramsız qar cənub regionunda – Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub: “Bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də “Azərişıq” əməkdaşlarına əlavə problem yaradır”.R.Daşdəmirova
Diqqət Çəkənlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!