EN

Qardaşının evinə qonaq gəldi, dəm qazından boğulduVİDEO

Ata dəm qazından zəhərlənərək öldüyü ehtimal edilən övladı üçün, ağlayıb göz yaşı tökür.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Abay Kunanbayev küçəsi 6 ünvanında baş verib. İşlədiyi rayondan qardaşının evinə qonaq gələn 39 yaşlı Yaşar Eyvazov yuyunmaq üçün hamama keçib.

Bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Prokurorluğun əməkdaşları gələrək meyitə və əraziyə baxış keçiriblər.

Atası Allahyar Eyvazov deyir ki, övladı Cəbrayıl rayonunda usta işləyib. O, qardaşını görmək üçün onlara qonaq gəlib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
55
xezerxeber.az

1Sources