“Mançester Siti”nin futbolçuları Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Bodo-Qlimt”lə oyuna gedən azarkeşlərinin pulunu geri qaytaracaq.
Oyun Norveçin Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutub. İngiltərə klubu 1:3 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, bununla bağlı klubun yaydığı bəyantda deyilir:
“Azarkeşlərimiz bizim üçün hər şey deməkdir. Biz azarkeşlərimizin evdə və səfərdə bizə dəstək olmaq üçün dünyanı gəzərkən nələri qurban verdiklərini bilirik və bunu heç vaxt təbii qəbul etməyəcəyik.