EN

ABŞ NATO-dakı hərbçilərinin sayını azaldır

ABŞ NATO-dakı hərbi mövcudluğunu azaldır. Metbuat.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ NATO-nun güc strukturu elementlərində və məsləhət qruplarında şəxsi heyətinin sayını azaldacaq. Bildirilir ki, NATO qüvvələrinin təliminə yönəlmiş "Mükəmməllik mərkəzləri" də daxil olmaqla, alyans daxilində təxminən 30 bölmədə ABŞ hərbi personalının sayı azaldılacaq.

Məlumata görə, plan təqribən 200 nəfəri əhatə edir. Xəbərdə deyilir ki, ABŞ NATO-da xidmət müddəti bitənlərin yerinə yeni personalın təyin edilməsini nəzərdə tutmayacaq.

Chosen
20
metbuat.az

1Sources