Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı MartaKosla görüşüb.
Trend xəbər verir ki, söhbət zamanı Marta Kosun ötən ilAzərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı iləgörüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuşərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərintəəssürat hissi yaratdığını bildirdi.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərinnormallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikirmübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyatbağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıqməsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerjitəhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.
Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitarminatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmiryolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunuqeyd etdi.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çoxsahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyükperspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikirmübadiləsi aparıldı.