EN

"Milan"ın üzvü karyerasını Türkiyədə davam etdirə bilər

Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsində heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, İtaliyanın "Milan" klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi Ruben Loftus-Çik menecerlər vasitəsilə İstanbul təmsilçisinə təklif olunub.

Tanınmış jurnalist Fırat Günayerin yaydığı məlumata görə, "qara qartallar" hazırda bu keçidin maliyyə və texniki detallarını nəzərdən keçirirlər.

Hazırda 29 yaşı olan ingiltərəli futbolçunun transfer bazarındakı dəyəri təxminən 10 milyon avro civarında qiymətləndirilir.

Chosen
7
fanat.az

1Sources