EN

Mərdəkanda kanalizasiya sularından ŞİKAYƏT – VİDEO

Bu ərazidən uzun rezin çəkmələr olmadan piyada keçmək mümkün deyil.

NOCOMMENT.az xəbər verir ki, görüntülər Mərdəkan qəsəbəsi, Əncirli küçəsindəndir.

Burada yaşayan sakinlər hər il qış aylarında bu cür əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, həm yağış, həm də kanalizasiya suları küçəyə və həyətlərə dolur.

Sakinlərin sözlərinə görə, çirkab sular demək olar ki, bütün həyətlərə dolur. Nə böyüklər işə gedə bilir, nə də uşaqlar məktəbə.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə su və kanalizasiyası sistemi yoxdur. Orada şəbəkələrin qurulması, tullantı sularının idarə olunması, yağıntılar zamanı subasma hallarının qarşısının alınması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində, həmçinin sözügedən ünvanda da su və tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Artıq, bəzi ərazilərdə kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunmağa başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
1
nocomment.az

2Sources