EN

“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasınınəsas mərhələsinin VII turunda “Ayntraxt”a (Almaniya) 3:2 hesabı iləqalib gəldikləri görüşdə “matçın oyunçusu” seçilib.

Trend-inməlumatına görə, o, Tofiq Bəhramov adına Respublika Stadionundatəşkil olunan qarşılaşmada dubl edib.

Futbolçu 4-cü və 80-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə“Liverpul” klubuna qarşı keçirəcək.

Chosen
47
4
az.trend.az

5Sources