EN

Rəsmi Tehran ETİRAF ETDİ: İğtişaşlarda minlərlə insan ölüb

İranda son etirazlar zamanı 3117 nəfər həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

İranda son etiraz aksiyaları zamanı 3117 nəfər həyatını itirib. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının hesabatına istinadən məlumat verilib.

Bildirilir ki, bu rəqəmin 2427 nəfərini mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları təşkil edir.

Hesabata əsasən, ölkədə zorakılığın ən pik həddi yanvarın 8-i və 9-na təsadüf edib.

Lakin digər mənbələr fərqli rəqəmlər səsləndirir. “Associated Press” (AP) agentliyinin ABŞ-də mənzillənən İnsan Hüquqları Fəalları Xəbər Agentliyinə (HRANA) istinadən yaydığı məlumata görə, dekabrın 28-dən bəri İranda ölənlərin sayı ən azı 4560 nəfər təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
71
interpress.az

1Sources