EN

Ziyad Abbasəliyev vəfat etdi

Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib. Bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o bu gün dünyasını dəyişib.

 

Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.

 

2005-ci ildə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2015-ci ildən öz istəyi ilə təqaüdə çıxıb.

 

Oxu.az

Tarix: 22 Yanvar 2026, 00:35   
Chosen
149
6
pravda.az

10Sources