EN

Tarixdə Bəhlul kimisi olmamışdı

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"ı Bakıda 3:2 hesabı ilə məğlub edən "Qarabağ"ın qələbə qolunu vuran Bəhlul Mustafazadə tarixi nəticəyə imza atıb.

Fanat.Az-ın məlumatına görə, Frankfurt təmsilçisini 90+4-cü dəqiqədə şoka salan müdafiəçi ÇL-in əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.

"Qarabağ" daha öncə 2017/2018 "futbol ili"ndə qitənin ən nüfuzlu turnirinin qrpunda oynayıb və 2 qol vurubsa, təmsilçimiz bu mövsüm ÇL-dəki rəqiblərini 14 dəfə məyus edib.

Qeyd edək ki, 10 xal toplayan "köhlənlər"in pley-offa vəsiqə qazanmaq şansı olduqca yüksəkdir.

Nihat

Chosen
51
fanat.az

1Sources