EN

"Qarabağ"ın 10 xalı növbəti mərhələyə kifayət edir? – Masadakı SON SSENARİLƏR

UEFA Çempionlar Liqasının liqa mərhələsində 7-ci turun oyunları yekunlaşdıqdan sonra "Qarabağ" tarixi bir uğura imza atmağa çox yaxındır.

Fanat.Az xəbər verir ki, "Ayntraxt Frankfurt" üzərində qazanılan qələbə Ağdam təmsilçisini turnir cədvəlində 18-ci pilləyə yüksəldərək xal ehtiyatını 10-a çatdırıb. Hazırkı mənzərə "köhlən atlar"ın pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını maksimum dərəcədə artırıb.

Hazırda turnir cədvəlində vəziyyət belədir:

• "Qarabağ" 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 10 xala malikdir və 18-ci pillədə qərarlaşıb.

• Təhlükəli zonanın sərhədi hesab olunan 24-cü pillədəki "Olimpiakos" və pley-off zonasından kənarda qalan 25-ci pillədəki "Napoli"nin aktivində 8 xal var.

• Bu o deməkdir ki, təmsilçimiz son tur ərəfəsində ən yaxın izləyicilərini və "təhlükəli xətt"ini 2 xal qabaqlayır.

Növbəti turda rəqib turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan və 15 xala malik olan İngiltərə nəhəngi "Liverpul"dur. Qarşılaşmanın nəticəsindən asılı olaraq "Qarabağ"ı gözləyən ssenarilər aşağıdakılardır:

1. Qələbə və ya heç-heçə (İdeal ssenari):

Əgər Qurban Qurbanovun yetirmələri "Liverpul"dan xal almağı bacararsa (11 və ya 13 xal), komandamız 100% zəmanətlə pley-off mərhələsinə vəsiqə qazanacaq. Bu halda aşağıdakı rəqiblərin nəticələri əhəmiyyət kəsb etməyəcək.

2. Məğlubiyyət halında ("Gözləmə" ssenarisi):

"Qarabağ" "Liverpul"a uduzsa belə, pley-off şansı olduqca yüksəkdir. Komandamız 10 xalda qalacağı təqdirdə, pley-offdan kənarda qalmaq üçün aşağıdakı ehtimalların hamısının eyni anda baş verməsi lazımdır (ki, bu da çox aşağı ehtimaldır):

• Arxadan gələn 9 xallı komandalar ("Marsel", "Bayer Leverkuzen", "Monako") xal qazanaraq bizi keçməlidir.

• Hazırda 8 xalı olan 5 komandadan ("PSV", "Atletik Bilbao", "Olimpiakos", "Napoli", "Kopenhagen") ən azı 4-ü və ya 5-i öz oyunlarında mütləq qələbə qazanaraq 11 xala yüksəlməlidir.

Statistik hesablamalara görə, "Qarabağ"ın hazırkı 10 xalı böyük ehtimalla pley-off üçün kifayət edəcək. Çünki aşağı pillələrdəki rəqiblərin hamısının son turda qələbə qazanması praktik olaraq çox çətindir.

Kamil Xudiyev

Chosen
14
fanat.az

1Sources