Ermənistan və Azərbaycan enerji sistemlərini inteqrasiya edəcək, tərəflər qarşılıqlı olaraq elektrik enerjisi idxal və ixrac edə biləcəklər.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifətdəki "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryanın TRIPP-in işə salınması ilə bağlı sualına cavab olaraq deyib.
Â
Hökumət başçısı qeyd edib ki, Bakı və İrəvan sülhü daha da möhkəmləndirmək və onu institusionallaşdırmaq üçün diplomatik səyləri davam etdirir.
Â
"Bu gün öyrəndim ki, Ermənistanda dizel yanacağının qiymətləri 20 faiz düşüb. Təklif edirəm ki, bu, digər məsələlərlə yanaşı, kənd təsərrüfatı işləri fonunda qiymətləndirilsin", - Paşinyan bildirib.