"İşarələmə, ümumiyyətlə, minatəmizləmə əməliyyatında üç cür olur: istifadə etdiyimiz payalar vasitəsilə müvəqqəti işarələmə, təcili işarələmə və daimi işarələmə. Bu çəpərlənəcək ərazilər müvəqqəti xarakter daşıyır".
Bu sözləri ANAMA-nın Əməliyyatların Koordinasiyası İdarəsinin rəisi Rahib Quliyev "Baku TV"-nin "Aktual Gündəm" verilişində deyib.
O, əhalini bu nişanlara qarşı məsuliyyətli olmağa çağıraraq qeyd edib:
"Bu gün çəpəri sökmək çox asandır. Misal gətirim ki, qapıda duran kilid sadəcə dost üçündür, düşmən üçün deyil. Biz çəpərimizin sökülməməsi, işarələmə vasitələrimizin dağılmaması üçün əhalimizi mütəmadi olaraq maarifləndirməliyik".