21 yanvarda ABŞ-da qanunsuz yaşayan 44 Özbəkistan vətəndaşı deportasiya edilib. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, bu məqsədlə təşkil edilən çarter reysi ABŞ hökumətinin müvafiq departamentləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Nəticədə Özbəkistan vətəndaşlarının vətənlərinə təhlükəsiz və vaxtında qayıtması təmin edilib.
Qeyd olunur ki, bu tədbir Özbəkistan və ABŞ arasında əməkdaşlıq çərçivəsində atılan növbəti praktik addımlardan biridir. Xaricdəki vətəndaşların hüquq və mənafelərinin qorunması, eləcə də onların vətənə qayıtması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.