EN

Azərbaycan UEFA reytinqində irəlilədi

Bakı. Trend:

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilənmatçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Trend reytinqcədvəlinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ötən gecə Bakıda "Ayntraxt"ı məğlub edib. Qurban Qurbanovunkomandası ölkəmizə 0,500 əmsal qazandırıb.

Nəticədə Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.Azərbaycan 22.750 əmsalla 27-ci yerə yüksəlib.

Sloveniya 22,843 əmsalla 26-cı, Slovakiya isə 22,375 əmsalla28-ci pillədədir.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) liderlikedir.

Məqalədə:
Chosen
113
9
az.trend.az

10Sources