EN

Tanınmış yazıçı şair AYB dən istefa verdi

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

Bakupost.az xəbər verir ki, bu haqda ədib özü məlumat yayıb. Bildirib ki, qurumun üzvlük məsələsi ilə bağlı son qərarını verib:

“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram...

Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
79
4
www.bakupost.az

6Sources